Magistral yolda qəza: Polis avtomobili yanaraq kül olub
  • Dünən Kürdəmir rayonu ərazisində polis əməkdaşlarının olduğu xidməti avtomobil ağır qəzaya uğrayıb.

Kürdəmir şəhəri yaxınlığında, Bakı-Qazax magistralını rayon mərkəzi ilə birləşdirən yolda, un dəyirmanının yaxınlığında Post-patrul Xidmətinə məxsus olan “Fiat Dablo”nun aşaraq yanması nəticəsində sürücü, polis serjantı Ceyhun Səmədov və digər serjant İlqar Abdulxaliqov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hadisə yerinin yaxınlığından keçənlər onları yanan avtomobilin içindən çıxararaq xilas ediblər. Bundan sonra isə Post-patrul avtomobili tamamilə yanaraq kül olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.