Dünyanın ən çox qazanan məşqçisi
  • Joze 10 milyon avro illik məvaciblə Qvardiola və Hiddinki qabaqlayır. “Football Finance” internet-nəşri dünyanın ən məşhur futbol məşqçilərinin gəlirlərini araşdırıb.

Dünyanın ən çox gəlir əldə edən məşqçisi Madridin “Real” klubunun portuqaliyalı çalışdırıcısı Joze Mourinyodur. Baş məşqçi “Kral klubu”nda çalışdığı hər ilə görə 10 milyon avro qazanır. Son vaxtlar Joze Mourinyonun “Real”dan ayrılacağı ilə bağlı şayiələrdən sonra klub rəhbərliyinin onun məvacibini daha da artırması gözlənilir.

“Barselona” klubunun baş məşqçisi Xosep Qvardiola və Rusiyanın “Anji” klubunun hollandiyalı çalışdırıcısı Quus Hiddink isə müvafiq olaraq 2-ci, 3-cü yerləri bölüşdürürlər. Baş məşqçilər klublarında işlərinə görə illik 7,5 milyon avro qazanırlar. Müqayisə üçün bildirək ki, Rusiya Premyer Liqasında çıxış edən “Zenit” klubunun italiyalı baş məşqçisi Luçano Spaletti illik 3 milyon avro məvacib alır.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.