Ərdoğan prezident seçiləcək və 2023-cü ilə qədər hakimiyyətdə qalacaq
  • Bu bəyanatla Ədalət və İnkişaf Partiyasının (ƏİP) sədr müavini çıxış edib.

Ərdoğan prezident vəzifəsində xalqa xidmət etməyə davam edəcək. Bu bəyənatı ƏİP-nın sədr müavini Mehmet Əli Şahin edib.

Türkiyənin hakimiyyət partiyasının nümayəndəsinin sözlərinə görə o, ƏİP 2015-ci il seçkilərində konstitusiyaya dəyişikliklər edə biləcək qədər çox yer tutacaq.

Dəyişikliklər Ərdoğana partiyasının sədri qalaraq dövlət başçısı olmağa imkan verəcək.

“Beləliklə də Ərdoğan siyasi partiyanın üzvü olaraq prezident olacaq və xalqımıza 2023-cü ilə qədər xidmət edəcək”, - NTV kanalına Şahin bəyan edib.

Məlum olduğu kimi Türkiyədə prezident seçkiləri avqust ayının 10-da baş tutacaq. Əgər namizədlərdən heç biri birinci turda 51% səs toplamasa, avqust ayının 24-də ikinci tur keçiriləcək. Hal-hazırkı prezident Abdullah Gülün prezidentlik müddəti 28 avqustda başa çatır.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.