MTN-dən İŞİD açıqlaması
  • "Azərbaycanın milli təhlükəsizliyi baxımından istənilən hadisələrə qarşı qabaqlayıcı tədbirlər görürük. Bunun üçün istənilən addımları atırıq".

Bunu Milli Təhlükəsizlik Nazirliyinin ictimaiyyətlə əlaqələr mərkəzindən ANS-ə terrorçu qruplaşma İŞİD-in Azərbaycanla bağlı təxribat xarakterli xəritənin yayılmasına münasibət bildirərkən bildirib.

Qeyd edək ki, bir qədər əvvəl İŞİD-in zəbt edərək və şəriət qanunlarını tətbiq edəcəyi ölkələrin xəritəsi yayılıb.

İŞİD-in mediya nümayəndəliyi tərəfindən yayımlanan fotoda işğal ediləcək ölkələr əks olunub. Xəritədə Azərbaycan və Türkiyənin ərazilərinin də İŞİD-in hədəfində olduğu əks olunub. Qruplaşmanın mətbuat katibi Əbu Məhəmməd əl Adani növbəti hədələrinin Kərbəla və Nəcəf şəhərləri olduğunu açıqlayıb. Romanın da İŞİD-in hədəfində olduğu bildirilir.

Qeyd edək ki, edam edilmiş İraq lideri Səddam Hüseynin indiyə qədər ələ keçirilməyən yeganə "sağ əli" hesab edilən İzzət İbrahim əl-Durinin İŞİD-ə dəstək verdiyi iddia edilir.

ABŞ-ın nüfuzlu qəzeti “Nyu York Tayms”ın yaydığı məlumatlarda qeyd olunub ki, Mosuldan sonra Tikriti ələ keçirən İŞİD devrilən Səddam Hüseyn rejiminin davamçıları ilə ittifaq qurub.

Xatırladaq ki, İraq hökuməti Mosul şəhərində yaşanan gərginliklə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib.
Mosul şəhərində İraq-Şam İslam Dövləti silahlıları ilə hökumət qüvvələri arasında başlayan qarşıdurmalar geniş vüsət alıb. İŞİD silahlıları Mosul şəhərində rəhbərliyi tamamilə ələ keçirdiklərini bəyan ediblər.

Ölkənin baş naziri Nuri əl-Maliki fövqəladə vəziyyətlə əlaqədar kişiləri orduya çağırıb. Maliki, həmçinin, Birləşmiş Millətlər Təşkilatı və Ərəb Liqasından terrorizmə qarşı mübarizədə dəstək gözlədiyini bildirib.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.