İlham Əliyev və Joze Manuel Barrozu təkbətək görüşüblər
  • İyunun 14-də prezident İlham Əliyev və Azərbaycanda səfərdə olan Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun təkbətək görüşü olub.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında siyasi, iqtisadi sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb. Energetika sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu bildirilib. Joze Manuel Barrozunun respublikamıza səfərinin Azərbaycan-Avropa İttifaqı münasibətləri baxımından önəmi qeyd edilib.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.