Ukraynada təyyarə vurulub: 49 ölü
  • Ukraynanın şərqində xüsusi əməliyyatçıların bəyanatına görə, “İl-76” hərbi-nəqliyyat təyyarəsinin vurulması nəticəsində 49 adam ölüb.

Bu barədə Ukrayna qüvvələrinin xüsusi əməliyyat nümayəndəsi Vladislav Seleznov bildirib.

Ukrayna Müdafiə Nazirliyi bəyan edib ki, şənbə günü Ukrayna hərbçiləri ilə Luqansk aeroportuna enməyə çalışan təyyarə vurulub, ilkin məlumatlara görə ölənlər var, amma onların sayı dəqiqləşdirilməyib.

KİV-in məlumatına görə, təyyarədə 30-dan 49 nəfərə qədər adam olub.

Digər mənbələrdən bu informasiyanın təsdiqi gəlməyib.

“İl-76” İlyuşino TKB-də hazırlanan, sovet və Rusiya ağır hərbi-nəqliyyat təyyarəsidir. Ekipaj heyəti yeddi nəfərdən ibarətdir. 167 əsgəri şəxsi silahı ilə birgə daşıma imkanına malikdir.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.