Orduda daha bir insident: Hərbçi güllələndi
  • Azərbaycanda hərbçi xidmət yoldaşını yaralayıb. Hadisə Daxili Qoşunların “N” saylı hərbi hissəsində qeydə alınıb.

Müddətdən artıq xidmət edən hərbi qulluqçu Allahverdi Quliyevin əlindəki avtomat silahdan təhlükəsizlik qaydalarının pozulması nəticəsində atəş açılıb. Güllə onun hərbçi yoldaşı, müddətdən artıq xidmət edən hərbi qulluqçu Zahid Abdullayevə dəyib.

Daxili Qoşunların mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, Z.Abdullayev yüngül xəsarət alıb, hazırda vəziyyəti normaldır.

Faktla bağlı araşdırma aparılır.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.