Daxili işlər naziri: İran İŞİD-lə mübarizədə İraq hərbçilərinə məsləhətlər verir
  • "İraqa hərbi qüvvələr göndərmək niyyətimiz yoxdur, amma İŞİD terrorçu qruplaşmaları ilə mübarizədə İraq hərbçilərinə məsləhətlər veririk".

Bu sözləri İranın daxili işlər naziri Əbdürrza Rəhmani-Fəzli deyib. Trend-in məlumatına görə, bu barədə Mehr agentliyi xəbər verir.

Ə.Rəhmani-Fəzli deyib ki, terrorçular İran sərhədinə yaxınlaşarsa, onlar məhv ediləcək: "İran elə bir coğrafi yerdə qərarlaşıb ki, bölgədə İranın ətrafında xaos və atəş alovları şölələnib. İslam Respublikasının düşmənləri bu xaosu İranın daxilinə gətirmək istəyirlər".

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.