DÇ-2014: ABŞ Qanaya qarşı
  • Günün sonuncu oyununda ABŞ və Qana yığmaları qarşılaşdı. Çempionatın ən tez qolu vuruldu.

İlk hissə amerikalıların minimal üstünlüyü ilə bitdi. İkinci hissədə afrikalılar daha yaxşı futbol nümayiş etdirirdilər. Hücum hücum ardınca. Çoxsaylı qol vəziyyətləri, lakin son zərbələr dəqiq olmurdu.

Nəhayət 82-ci dəqiqədə Qana futbolçuları öz istəylərinə çatdılar. Asamoa Qyanın gözəl daban ötürməsindən sonra Andre Ayyu bərabərlik topunu vurdu.

Lakin  afrikalıların sevinci çox çəkmədi. 86-cı dəqiqədə Con Bruks künc zərbəsindən sonra Qana azərkeşlərini məyus etdi.

ABŞ yığması vacib oyunda qələbə qazandı və aktivinə 3 xal yazdırdı.

 

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.