Mütəllibov Bakıya qayıdıb?
  • İnternet resurslarında belə bir xəbər yayılıb.Bir sıra internet resurslarında yayılan məlumata görə, Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov dünən gecə saatlarında Bakıya gəlib.

 

Məlumata görə saat 00:25-də Moskva-Bakı reysi ilə Heydər Əliyev adına hava limanına enən eks-prezidenti yeni xidməti maşını və dövlət hesabına ayrılmış mühafizəçiləri qarşılayıblar.

Verilən məlumata görə, onu qarşılayanlar arasında tanınmış ictimai-siyasi adamlardan heç kim olmayıb.

Qeyd edək ki, bir neçə ay əvvəl «Eks-prezidentlər haqqında» qanun qəbul edildikdən sonra Ayaz Mütəllibovun üzərində olan cinayət işlərinin icraatı dayandırılıb. Qanuna əsasən eks-prezidentin vəzifədə olduğu dönəmlərdə yol verdiyi qüsurlara və qanunsuzluqlarala görə, cinayət məsuliyyətinə cəlb edilməsi yasaqlanırdı. Həmin qanunla da eks-prezidentlər vəzifədən getdikdən sonra onlara 4500 manat məbləğində aylıq müavinət, xidməti maşın və mühafizəçilərin saxlanılması üçün pul vəsaiti ayrılıb.

 

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.