Ramil Usubov dövlət qurumlarını dini radikalizmlə mübarizəyə çağırdı
  • Bu gün 2014-cü ilin birinci yarısında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.

Daxili İşlər Nazirliyindən (DİN) ANS-ə verilən məlumata görə, iclası giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dinamik inkişafının davam etdiyini, aparılan hərtərəfli islahatların daha da dərinləşdiyini, bütövlükdə, ictimai-siyasi həyatın bütün sahələrində irəliləyişə nail olunduğunu, eyni zamanda, ictimai asayişin, vətəndaşların qanuni mənafelərinin hesabat dövründə də etibarlı qorunduğunu, qarşıda duran vəzifələrin vaxtında və tam yerinə yetirildiyini vurğulayıb.

Nazir korrupsiyaya və rüşvətxorluğa qarşı qətiyyətli mübarizə aparılmasını Azərbaycan Prezidentinin prinsipial mövqeyi kimi dəyərləndirən nazir bu cür neqativ hallarla mübarizənin davamlı olmasının, tolerantlıq baxımından hər zaman nümunə olan respublikamızda dini radikalizm təzahürlərinin qarşısının alınmasında digər dövlət orqanlarının, ictimaiyyətin nümayəndələri ilə birgə yerlərdə ideoloji və maarifləndirici işin aparılmasının, cinayətlərin profilaktikasında və açılmasında veteran polis əməkdaşlarının imkanlarından geniş istifadə edilməsinin vacibliyini xüsusi qeyd edib.

Daxili işlər naziri əmin olduğunu bildirib ki, şəxsi heyət cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində ölkə prezidentinin qarşıya qoyduğu mühüm vəzifələri, hüquq qaydasının və qanunçuluğun möhkəmləndirilməsi, əməliyyat-xidməti fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı tələb və tapşırıqlarını bundan sonra da layiqincə yerinə yetirəcək, sabitliyin, əmin-amanlığın, dövlətin, hüquqi və fiziki şəxslərin qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında qüvvə və bacarığını əsirgəməyəcək.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.