Əsgər ailənin tək oğludursa...
  • Həqiqət budur ki, bir oğula sahib olan ailələr onu itirdikdə nəslin davamçısını itirmiş olurlar.

Bunu Milli Məclisin Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvü Zahid Oruc deyib.

Z.Orucun sözlərinə görə, ilk növbədə ailə planlaşdırılması məsələsi ölkəmizdə belə bir mənzərəni meydana çıxarıb ki, bir oğula sahib olan ailələrin sayı on minlərlədir.

Hətta bir qız uşağı olan və olmayanlardan ibarət ailələrin sayını toparlasaq, ümumi çağırışçıların içərisində onların xüsusi yeri olduğunu görəcəyik. Məsələnin digər tərəfindən baxanda isə sanki hüquq sistemi vətəndaşlar arasında qeyri-bərabərlik yaratmış olar.

“Yəni belə çıxır ki, 2 və 3 övlad sahibi olan, daha çox sosial ağırlıq götürən, müəyyən problemləri öz gücü ilə həll edən, sabah da ölkə üçün əsgər hazırlayacaq vətəndaşlarımız sanki ölkənin qayğısını daha çox daşımış olarlar.

Bu problemi həll etmək üçün həmin şəxslərin arxa cəbhədə deyil, ön cəbhədən 50 kilometr aralıda hərbi xidmət keçməsini təşkil etmək olar. Lakin bütövlükdə ailənin tək oğlanları hərbi xidmətdən azad edilərsə və ya onlara imtiyazlar verilərsə, bu halda iki və daha çox oğlu olan ailələrin hüquqlarını pozmuş olarıq”, – deyə deputat vurğulayıb.

Qeyd edək ki, bir övladı olan ailələrdən həqiqi hərbi xidmətə çağırışla bağlı müəyyən narazılıqlar var. Cəmiyyətin müəyyən kəsimi onlara güzəştlər edilməsi tələbini irəli sürür.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.