Azərbaycanda daha bir mobil operator yaradılacaq
  • Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 4-cü yeni mobil operatora lisenziya verməyi planlaşdırır.

Marja-nın əldə etdiyi məlumata görə, bunu iyulun 24-də Rabitə və Yüksək Texnologiyalar Nazirliyində 2014-cü ilin 6 ayının yekunları ilə bağlı keçirilən kollegiya iclasında nazir Əli Abbasov bildirib.

“Çox şadıq ki, bu gün Naxçıvanda mobil sektor inkişaf edir, onlar özləri bunu həyata keçirirlər. Naxçıvan Muxtar Respublikasının rabitə və informasiya  texnologiyalar naziri Rövşən Məmmədov ilə müzakirə etmişik, həmçinin bu gün də görüşüb müzakirə edəcəyik. Çox yaxşıdır, əgər perspektiv varsa, ona bütün Azərbaycan üzrə şəbəkəsini genişləndirməsi üçün  lisenziya verəcəyik. Bu, bütün Azərbaycan üzrə xidmət göstərən ilk regional operator olacaq. Həm də, indi fəaliyyət göstərən mövcud olan operatorlara da rəqabət göstərilə bilsin. Biz Naxçıvanı dəstəkləyirik, uğurlarına da sevinirik”,- nazir deyib.

Qeyd edək ki, lisenziyanın veriləcəyi şirkətin “Naxtel” olacağı gözlənilir.  “Naxtel”  simsiz telefon şəbəkəsinin əhatəsinin genişləndirilməsi məqsədilə Naxçıvanda bu il 5 yeni baza stansiyası istifadəyə verib.

Hazırda Azərbaycanda 3 mobil operator - Azercell, Azerfon və Bakcell fəaliyyət göstərir.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.