Şəhid hərbçilərimizin hər birinin ailəsinə 11 min manat veriləcək
  • Ötən gün cəbhə xəttində ordumuz 9 şəhid verib, 4 hərbçimiz isə yaralanıb.

“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunun tələbinə görə, sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə, onun ailəsinə müəyyən edilmiş sığorta məbləğinin 100 faizi məbləğində sığorta haqqı ödənilir.

Sığorta haqqının məbləği 11 min manatdır.

Xatıradaq ki, ötən gün cəbhə xəttində ordumuz 9 şəhid verib, 4 hərbçimiz isə yaralanıb.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.