Zakir Həsənovun mühafizəçisi Qarabağda şəhid oldu
  • Xəbər verdiyimiz kimi, avqustun 1-dən 2-nə keçən gecə erməni kəşfiyyat-təxribat qrupu cəbhənin Ağdam-Ağdərə istiqamətində müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlara növbəti dəfə basqın etməyə cəhd göstəriblər.

Şəhid olanlardan biri gizir Əliyev Pərvin Səlahəddin oğlu “Qafqazinfo”nun rəhbəri Elbrus Ərudun qonşusu və uşaqlıq dostudur.

Jurnalist deyib ki, Pərvin Zakir Həsənov müdafiə naziri təyin olunandan sonra onun mühafizəsini həyata keçirən şəxslərdən biri olub.

Pərvin xüsusi təyinatlı briqadada xidmət eləyib və “nayomnik” kimi uzun müddət xidmət keçib.

Evlidir, iki övladı var.

Elbrus Ərud həmçinin qeyd edib ki, şəhid olanlardan daha birisi- Rahil Hüseynov da onun həmkəndlisidir.

Hər iki şəhid Biləsuvarın Nərimankənd kəndindəndirlər.

Allah rəhmət eləsin!

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.