Amerikanın məşhur qəzeti Qarabağdakı son hadisələrdən yazdı
  • Məqalədə Rusiyanın Azərbaycan və Ermənistana çağırışından da bəhs olunur.

“Washington Post” qəzeti Dağlıq Qarabağ regionunda gərginliyin artması haqqında məqalə dərc edilib.

ABŞ-da çıxan “Washington Post” qəzetinin 3 avqust tarixli daycestində Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ regionunda Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində gərginliyin artması haqqında məqalə dərc edilib.

Məqalədə həlak olmuş hərbi qulluqçuların sayı bildirilir və vurğulanır ki, Azərbaycanın Dağlıq Qarabağ regionu və ona bitişik ərazilər 1994-cü ildə altıillik separatizm müharibəsinin sonundan erməni hərbçilərinin nəzarəti altındadır”.

Materialda, həmçinin qeyd edilir ki, Rusiya tərəfləri atəşkəs rejiminə riayət etməyə çağırıb.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.