Sarkisyan: Qarabağ üzrə yeni razılaşmanın mənası yoxdur
  • Qarabağ münaqişəsinin hərbi həlli yoxdur. Məsələ danışıq yolu ilə həll edilməlidir.

Bu barədə Ermənistan prezidenti Serj Sarkisyan “Armnyus”a  avqust ayının 10-da Soçidə keçirilən üçtərəfli görüşün nəticələrini şərh edərkən deyib.

“Biz, görüşə razılaşırıq, əsasən də söhbət yüksək səviyyəli görüşlərdən gedirsə, bu dəfə də istisna olmadı. Biz o dəqiqə Rusiya prezidentinin dəvətinə səs verdik, və gördüyünüz kimi görüş baş tutdu”, - o qeyd edib.

Mümkün razılaşmanın imzalanması məsələsinə gəldikdə isə Serj Sarkisyan deyib:

“Düşünmürəm ki, yeni razılaşma haqqında danışmağın mənası var, çünki mənası yoxdur – həm də, 1994 və 1995-ci illərdə iki razılaşma imzalanıb və tərəflər onun şərtlərini yerinə yetirməyə məcburdur. Əgər razılaşmada yeni müddəalar olarsa və onların əsasında hərbi qüvvələri tətbiq etmək istisna edilərsə... Başqa məsələ: bu atəşkəs razılaşması ilə müqayisədə yeni mərhələ olardı. Biz və vasitəçilər bu məsələni qaldırmışıq, amma hələlik Ermənistan Azərbaycanın buna müsbət münasibət bildirdiyini görmür”.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.