Rusiya sərhəddə 45 min hərbçi, 160 tank və 150 “Qrad” yerləşdirib
  • Rusiya Federasiyası hərbi gücünü Ukrayna sərhəddinə cəmləşdirməyə davam edir.

Bu barədə bu gün, avqustun 11-də mətbuat konfransında Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının analitik-informasiya mərkəzinin spikeri Andrey Lısenko bildirib.

Onun sözlərinə görə,11 avqust üçün sərhəd rayonlarda 45 minlik Rusiya qoşunlarının qruplaşması cəmlənib. Hərbi texnikadan isə 160 tank, 1360 hərbi zirehli maşın, 390 artilleriya sistemi, 150 “Qrad” qurğusu, 192 döyüş təyyarəsi və 137 helikopter var.

Bundan başqa, spiker, bu gün Pskov vilayətində növbəti RF hava-desant qoşunlarının təlimlərinin başlandığını qeyd edib, bu təlimlərdə 3000 hərbçi iştirak edəcək, eləcə də 30-dan çox hərbi-nəqliyyat, döyüş və ordu təyyarəsi və helikopteri cəlb ediləcək.

Öncəki Ukrayna hakimiyyəti, eləcə də NATO Rusiya ordusunun Ukraynaya girməsi riskinin olmasından danışıblar. ABŞ kəşfiyyatının məlumatına görə, Rusiya Ukraynaya “sülhməramlı” adı altında hücum edə bilər.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.