Aktyor Robin Uilyams intihar etdi
  • Amerikanın məşhur aktyoru Robin Uilyams Tiberon şəhərindəki evində (Kaliforniya ştatı) ölmüş vəziyyətdə aşkarlanıb, Reuters xəbər verir.

Polisin məlumatına görə, 63 yaşlı “Oskar” mükafatçısı intihar edib.

Faciə bazar ertəsi, avqustun 11-də, Bakı vaxtı ilə gecə saat 23:20-də baş verib, Los Angeles Times yazır.

Marin dairəsinin şerifi Uilyamsın ölümünün ilkin səbəbinin asfiksiya (boğulma) olduğunu bildirib.

“Bu gün Robin Uilyams həyatdan getdi. Son vaxtlar o, ağır depressiya ilə mübarizə aparırdı. Bu, bizim üçün çox gözlənilməz itkidir. Qohumları və yaxınları belə çətin vaxtda onların şəxsi həyatına hörmət göstərməyə səsləyirlər”, - deyə, ABC News aktyorun nümayəndəsi Maru Buksbaumdan sitat gətirir.

Bir çoxlarının sevimlisi Uilyams “Oskar” (1998, “Ağıllı Uil Hantinq” filmində ikinci planda oynadığı rola görə) və beş dəfə “Qızıl qlobus” mükafatlarının laureatıdır.

Aktyor “Avqust Raş”, “İki yüz illik adam”, “Arzuların apardığı yer”, “Cumanci”, “Ağıllı Uill Hantinq” və digər filmlərlə şöhrət qazanıb. Ümumilikdə, Uilyams demək olar ki, 300 kinofilmdə oynayıb.

(Lenta.Ru)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.