Rusiya KİV: Azərbaycan Qarabağa görə 5 milyard pul təklif edib
  • Serj Sarkisyanın adamları 10 milyard dollar pul qarşılığında dialoqa hazır olduqlarını bildirirlər. Onlar bu pulu 3 il ərzində almağa razıdırlar. Yəni, ildə 3 milyard dollardan çox pul – bu, Ermənistanın dövlət büdcəsinin bütün gəlirlərinə bərabərdir.

“Ermənistan Dağlıq Qarabağı pul müqabilində Azərbaycana qaytarmağa hazırdır? Hələ dünən axşam İrəvanda bu suala qəti şəkildə rədd cavabı verilərdi. Lakin indi hər şey axır, hər şey dəyişir. Və artıq məlumdur ki, Soçidə iki ölkə prezidentinin danışıqlarına paralel olaraq, onların nümayəndələri Cenevrədə pərdəarxası danışıqlar aparır və məsələnin qiymətini müzakirə edirlər”, - deyə, Rusiyanın Politrus mətbu orqanı Azərbaycan hakimiyyətinə yaxın məlumatlı mənbələrə istinadən yazır.

Vacib qeyd: xəbərin mətni ilə tanışlıqdan sonra bizdə belə fikir yarandı ki, bu informasiya daha çox rəsmi İrəvana yaxın mənbələrdən sızdırılıb. Bax buna görə:

Mətbu orqan yazır ki, işğal olunmuş rayonlar və Dağlıq Qarabağın azad edilməsinə görə Azərbaycan Ermənistana bu ölkənin xarici borcunu bağlamağa kifayət edəcək məbləğdə - 5 milyard dollar həcmində tranş köçürməyə hazırdır.

“Bunu iki ölkənin mərkəzi bankları arasında birbaşa yox, Beynəlxalq Valyuta Fondu kimi bir sıra nüfuzlu beynəlxalq maliyyə qurumlarının vasitəçiliyi ilə həyata keçirmək planlaşdırılır və Bakı, bu təşkilatların xərclərini də öz üzərinə götürür. Bunun qarşılığında İrəvan 2015-ci ilin sonunadək bütün hərbiləşdirilmiş birləşmələri Dağlıq Qarabağ ərazisindən çıxarmaq, obyektlərə nəzarəti ATƏT yaxud Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlı qüvvələrinə verməyi öhdəsinə götürür. Həmin qüvvələr regionda 2019-cu ilədək qalacaqlar”.

Qəzet iddia edir ki, bu müddət ərzində Azərbaycan Dağlıq Qarabağda bərabər əsasda yerli idarəetmə orqanlarını formalaşdırmalı, həmçinin Konstitusiyaya dəyişikliklər edərək, ermənini dilinə ikinci regional status verməli, regionun bütün təhsil müəssisələrində erməni dilində təhsilə zəmanət verməlidir.

“Bakı tərəfdən Dağlıq Qarabağ sakinləri üçün ikili vətəndaşlığın qanuniləşdirilməsi ilə razılaşmamaq istəyi var, çünki bir müddət əvvəl prezident Əliyev “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanuna düzəlişlərin tətbiqi barədə fərman imzalayıb. Həmin dəyişikliklərə əsasən, başqa ölkə vətəndaşlığı olan şəxs vətəndaşlıqdan (Azərbaycan – red.) məhrum edilir”.

Mətbu orqan qeyd edir ki, Ermənistan tərəfinin də öz “xüsusi istəkləri var”. Məsələn, onun vətəndaşlarının ildə 180 təqvim günü ərzində Dağlıq Qarabağa sərbəst səfərlərinə icazə.
Lakin rusiyalı jurnalistlərin məlumatına görə, İrəvan veriləcək pulun məbləği ilə razı deyil:

“PolitRUS.com-un məlumatına görə, Serj Sarkisyanın adamları 10 milyard dollar pul qarşılığında dialoqa hazır olduqlarını bildirirlər. Onlar bu pulu 3 il ərzində almağa razıdırlar. Yəni, ildə 3 milyard dollardan çox pul – bu, Ermənistanın dövlət büdcəsinin bütün gəlirlərinə bərabərdir”.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.