Şeyxin ad günü təntənəli şəkildə qeyd olunacaq
  • Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə 65 illiyini Tiflisdə qeyd edəcək.

QMİ-dən APA-ya verilən məlumata görə, Gürcüstanın Katolikos Patriarxı II İlya Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəni Gürcüstana səfərə dəvət edib.

Avqustun 29-na nəzərdə tutulan səfərin məqsədi Şeyxülislam A.Paşazadənin anadan olmasının 65-ci ildönümünün Gürcüstanda qeyd edilməsidir.

Bu münasibətlə Tiflisdə xüsusi toplantı və təntənəli yubiley tədbirinin keçirilməsi, habelə Gürcüstan rəsmiləri tərəfindən qəbullar nəzərdə tutulur.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.