Qızıl “iPhone 6”nın qiyməti açıqlandı
  • Britaniyanın “Goldgenie” şirkəti qızıl korpusla təchiz edilmiş “iPhone 6” smartfonu üçün ilkin sifarişlərin qəbuluna başlayıb.

Həm ənənəvi (qızıl və ya platin korpus), həm də Svarovski kristallarından istifadə edilmiş aparatlar təklif edilir. Bundan başqa, cihazın arxa panelinə yeddi dövlətin (Küveyt, İraq, Bəhreyn, Oman, Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ) gerbi həkk edilmiş “iPhone 6” smartfonunun 99 nüsxəsi satışa çıxarılacaq.

Şirkətin iddiasına əsasən, artıq bir neçə həftədən sonra bu smartfonu satın almaq mümkün olacaq. “Goldgenie” şirkətinin müştəriləri 4,7 düymlük ekranlı modelə ümid edə bilərlər.

Qızıl korpuslu standart versiyanın qiyməti 3500 dollar olacaq. Hazır məhsul qiymətli növə məxsus ağac qutuda tədarük olunur.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.