Brilyant Dadaşova yandıran-yaxan yeni fotolarını paylaşdı (FOTO)
  • Xalq artisti Brilyant Dadaşova yeni fotolarını sosial şəbəkədə yayımlayıb.

Sənətçi özünün Facebook profilində yay istirahətindən olan bir neçə şəklini yerləşdirib. Hər zaman formada qalan və ideal bədən quruluşuna sahib olan ifaçı geyimi ilə diqqət çəkib. O, fotolarda çəkici və qüsursuz görünüb. Sənətçi şəkillərin harada çəkilməsi ilə bağlı isə məlumat verməyib.

Güman ki, fotolar Brilyant xanımın bir müddət öncə klip çəkilişlərindən dolayı yollandığı Maldiv adalarında lentə alınıb. B.Dadaşova bir ay öncə “Səndən ayrı” adlı mahnısına klipi Hindistanın cənubundakı əsrarəngiz adada çəkdirmişdi. Hətta Maldivdən olan fotolarının bir neçəsini sosial şəbəkədə yayımlamışdı.

Sözügedən mahnıya gəlincə, “Səndən ayrı”nın söz və musiqisi Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərində böyük miqyaslı biznes fəaliyyəti göstərən azərbaycanlı iş adamı Tural Bayraməliyevə aiddir. İş adamı bu mahnını məhz xalq artisti üçün yazıb.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.