Məşhur Hollivud aktyorları evlənib (FOTO)
  • “Ananızla necə tanış olmuşam” serialından məşhur olan Amerika aktyorları Nil Patrik Harris və Devid Bartka, həftə sonu İtaliyada baş tutan toylarını elan ediblər.

Bu barədə Nil Patrik Harris Twitter mikrobloqunda bildirib. Mətbuatda yayılan məlumata görə hər iki bəy Tom Ford-dan olan kostyum geyinib, mərasimdə isə Elton Con oxuyub.

Onlar artıq 10 ildir ki, bərabər yaşayırlar, 2010-cu ildə onlar ata olublar. Nil və Devidin surroqat anadan əkizləri dünyaya gəlib. Cütlük vətəndaş birliklərini 2004-cü ildə qeydiyyatdan keçiriblər, amma Harris bu haqda 2006-cı ildə People jurnalına verdiyi müsahibəsində bildirib. Bir müddət sonra Bartka ilə münasibətlərini açıqlayıb.

 

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.