İlham Əliyev: Bizim üstünlüyümüz, iqtisadi cəhətdən müstəqil dövlətlər olmağımızdadır
  • Azərbaycan xəzəryanı dövlətlərin limanlarının fəaliyyət göstərməsində israr edir, bunu ölkənin prezidenti İlham Əliyev bazar ertəsi Həştərxanda Xəzəryanı dövlətlərin Sammitində bildirib.

“Bizim üstünlüyümüz, iqtisadi cəhətdən müstəqil dövlətlər olmağımızdadır, ölkələrimizdə ciddi maliyyə problemlərimiz yoxdur, infrastruktura böyük investisiyalar qoymaq imkanına malikik və qoyuruq. Vladimir Vladimiroviç nəqliyyat infrastrukturunun inkişafının labüdlüyünü qeyd etdi, mən öz çıxışımda Azərbaycanda görülən işləri vurğuladım. Düşünürəm ki, növbəti mərhələdə nəqliyyat fəaliyyətinin koordinasiyası, o cümlədən həm yaradılan, həm də artıq mövcud limanların bütün istiqamətlərdə - perspektivli olan şimal-cənub və şərq-qərb istiqamətində fəaliyyətinin koordinasiyası məsələlərini nəzərdən keçirmək lazımdır”, - o deyib.

(RİA-Novosti)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.