Azərbaycan Prezidenti İlham Əliyev Vladimir Putinlə görüşdü (FOTO)
  • Regional təhlükəsizliyə əsas təhdid Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətidir.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Həştərxanda IV Xəzər sammiti çərçivəsində keçirilən geniştərkibli görüşdə çıxışı zamanı deyib.

İlham Əliyev bildirib ki, Azərbaycanın tarixi torpaqları olan Dağlıq Qarabağ və ona bitişik yeddi rayon 20 ildən artıqdır işğal altındadır: “Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq insan qaçqın və məcburi köçkünə çevrilib. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal etdikləri ərazilərdən dərhal və qeyd-şərtsiz çıxmasını tələb edən 4 qətnamə qəbul edib. Təəssüf ki, Ermənistan onlara əməl etməməkdə davam edir və münaqişə həll edilməmiş qalır”.

Prezident qeyd edib ki, münaqişə beynəlxalq hüquq normaları və Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan ərazi bütövlüyü əsasında həll edilməlidir:

“Təəssüf ki, Ermənistandakı mövcud diktatura rejimi müasir dünyanın reallıqlarını ayıq şəkildə qiymətləndirməyə və beynəlxalq hüquq normalarını adekvat qəbul etməyə qadir deyil”.

Dövlət başçısı deyib ki, Ermənistan rejimi öz cəmiyyətində Azərbaycana nifrət hissi aşılayaraq Azərbaycanofobiyanı dövlət siyasəti səviyyəsinə qaldırıb, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini dinlərarası münaqişə kimi səciyyələndirərək münaqişənin uzanmasının mümkün nəticələrinə görə məsuliyyət daşıyır.

 

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.