Xəzəryanı ölkələrin prezidentləri saziş imzaladılar
  • Dövlət başçılarının bəyanatı imzalanıb. Sonra dövlət başçılarının bəyanatı imzalanıb.

Həştərxanda keçirilən Xəzəryanı ölkələrin dövlət başçılarının IV Sammiti çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin, İran prezidenti Həsən Ruhani, Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun iştirakı ilə hökumətlərarası beştərəfli sazişlər imzalanıb.

Xəzəryanı dövlətlərin müvafiq nazirlikləri tərəfindən Xəzər dənizinin hidrometeorologiyası sahəsində əməkdaşlıq, Xəzər dənizində fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq, Xəzər dənizinin su bioloji resurslarının qorunması və onlardan rasional istifadə olunması haqqında sazişlər imzalanıb.

Sonra dövlət başçılarının bəyanatı imzalanıb.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.