Azərbaycan əhalisinin sayı artıb (SON RƏQƏMLƏR)
  • İlin əvvəlindən ölkə əhalisinin sayı 75,4 min nəfər və ya 0,8 faiz artaraq 2014-cü il sentyabr ayının 1-i vəziyyətinə 9552,5 min nəfərə çatıb.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, əhalinin sıxlığı bir kvadrat kilometrə 110 nəfər olub.

“Ümumi əhali arasında şəhər əhalisinin xüsusi çəkisi 53,2 faiz, kənd əhalisinin xüsusi çəkisi isə 46,8 faiz təşkil edir, 49,7 faiz kişilərdən, 50,3 faiz qadınlardan ibarətdir. Əhalinin 22,4 faizi 0-14 yaşda, 71,8 faizi 15-64 yaşda, 5,8 faizi isə 65 və yuxarı yaşda olanlardır. Hazırda hər 1000 kişiyə 1011 nəfər qadın düşür”, - məlumatda deyilir.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.