Amerika məktəblilərinə homoseksualizmin əsaslarını öyrədəcəklər
  • ABŞ-ın Havay universiteti nəzdində fəaliyyət göstərən Əlillik problemlərinin tədqiqi mərkəzinin əməkdaşları 11-13 yaşlı məktəblilərə xüsusi cinsi tərbiyə proqramında iştirak etmək üçün pulsuz hədiyyə kartları paylayırlar.

Bu barədə FoxNews amerika telekanalı bildirib. Qed edilib ki, belə tərbiyə metodu bəzi valideynlərdə narazıçılığa səbəb olub. Çünki bu proqram qeyri-ənənəvi cinsi münasibətlərin (kişi-kişi, qadın-qadın münasibətləri) əsaslarını öyrətməyə yönəlib.

Bundan başqa ictimaiyyət 5 milyonluq qrantın 52 min dollarının azyaşlılar üçün belə kartların alınmasına xərclənməyindən narazıdır, “Rossiyskaya qazeta” bildirib.

Havayda dövlət bələdiyyə məktəbində təhhsil alan, 12 yaşlı oğlu olan respublikaçı deputat Bob Mak Dermott, bəyan edib ki, digər valideynlərlə onun fikrincə “homoseksual həyat tərzinin normalaşdırılmasına şərait yaradan” dərs planına yenidən baxılması üçün mübarizə aparacaq.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.