Daha bir şəxs bağışlanmaq üçün prezident İlham Əliyevə məktub yazdı
  • Bakı İstintaq təcridxanasında saxlanılan, təqsirləndirilən şəxs Rəsul Cəfərov müəssisə rəhbərliyi vasitəsi ilə prezident İlham Əliyevə müraciət edib.

Bu barədə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr idarəsi məlumat yayıb.

R.Cəfərovun xahişi ilə onun müraciəti olduğu kimi ictimaiyyətin diqqətinə çatdırılır.

Müraciətdə qeyd olunub:

“Möhtərəm cənab Prezident! Mən hüquq müdafiə fəaliyyətim çərçivəsində həyata keçirdiyim layihələr üzrə cinayət törətməkdə ittiham edilirəm və barəmdə 02.08.2014 –cü il tarixdə 3 aylıq həbs qətimkan tədbiri seçilib. İstintaq qanunlara riayət edilməklə və istintaq orqanının səlahiyyətləri çərçivəsində aparılır, bu səbəbdən də həbsimdən əvvəl istintaqın obyektiv aparılması üçün bütün zəruri addımları atmışam. Həbsadən buraxılmağa yalnız Sizin köməklik göstərə biləcəyinizi dərk edərək, Sizə müraciət etmək qərarına gəlmişəm.

Məqsədim həmişə daha firavan və daha yaxşı Vətən – Azərbaycan üçün fəaliyyət göstərmək olub, bundan sonra da, əsas qayəm bu istiqamətdəki fəaliyyətimdə olduğundan daha şəffaf, daha doğru və düzgün olmaqdan, dövlət qurumları və hakimiyyət nümayəndələri ilə geniş dialoq yaratmaq və əməkdaşlıq etməkdən ibarətdir. Əvvəlki fəaliyyətimdə yol verilən çatışmazlıqları və nöqsanları aradan qaldırmağa hazır olduğuma Sizi əmin edirəm. Bilik və bacarığımı, habelə potensialımı həbsdə deyil, azadlığa çıxaraq istifadə etmək niyyətindəyəm. Yuxarıda qeyd edilənləri nəzərə almağınızı və mənim həbsdən azadlığa buraxılmağıma sərəncam verməyinizi Sizdən xahiş edirəm”.

Qeyd edək ki, bundan əvvəl “NİDA” Vətəndaş Hərəkatının həbsdə olan üzvləri də əfv xahişi ilə prezident İlham Əliyevə müraciət ediblər.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.