Dubay həkimlərinin yeni təcili yardım maşınları (FOTO)
  • Dubay polisinin idarə etdiyi superkarlar – bu, artıq çox adi bir hala çevrilib. Lakin idman avtomobillərindən təcili yardım maşını kimi istifadə isə ilk dəfə baş verir.

Birləşmiş Ərəb Əmirliyinin ən böyük şəhəri Dubayın tibb işçiləri şəhər rəhbərliyindən ağır vəziyyətdə olan xəstələrə yardım göstərmək üçün dərman preparatları və tibbi predmetlərlə təchiz olunmuş Lotus Evora kupesi və iki “Ford Mustang” alıblar.

Avtomobillər saatda 300 km/s sürətlə hərəkət edirlər və çağırılan yerə adi təcili yardım maşınlarından 2-3 dəfə tez çata bilərlər. BƏƏ-də təcili yardım avtomobilinin hadisə yerinə çatma vaxtı orta hesabla 8 dəqiqə təşkil edir. Yeni avtomobillər isə bunu 4 dəqiqəyə edə biləcəklər. Gələcəkdə Dubay rəhbərliyi həkimlər üçün bir neçə belə avtomobil almaq istəyirlər.

Qeyd edək ki, “Lotus” idman avtomobillərinin dəyəri 82 min, “Mustanq”ın qiyməti isə 109 min dollar təşkil edir. Belə avtomobillərin sürücüləri 1000 dollara xüsusi ödənişli kurslar keçəcəklər.

 

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.