Afrikada Ebola virusunu yayan heyvan məlum oldu (FOTO)
  • Afrikanın qərbində Ebola virusunun yaranmasına meyvə yeyən yarasa səbəb olub, Britaniyanın The İndependent mətbu orqanı yazır.

Xəstəliyin ilk qurbanı Qvineyanın cənub-şərqində 2 yaşlı uşaq olub. O, vəhşi heyvanın ətini yeyib. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, meyvə yarasaları Ebola virusunun təbii mənbələridir.

Meşəçilik sahəsində beynəlxalq araşdırmalar mərkəzi hesablayıb ki, hər il Konqo çayı hövzəsində (Afrika) 5 milyon ton vəhşi heyvan əti yeyilir (yarasalar, şimpanze, qorilla və sair).

Xatırladaq ki, indiyədək Qərbi Afrikada Ebola virusundan 4,5 min nəfər həlak olub. Ümumilikdə 9 minə yaxın insan yoluxub. Ölüm halları daha çox Qvineya, Liberiya və Syerra-Leonedə yayılıb.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.