Türkiyənin etirazına səbəb ABŞ-ın kürdlərə yardım etməsi olub
  • Bu günə qədər dünyanın baş xəbəri İŞİD terrorçu qruplaşmaya qarşı mübarizə idisə, bu gün diqqət mərkəzində bu mübarizədə iki müttəfiq ölkənin arasında yaranmaqda olan qalmaqaldır.

ANS TV-nin məlumatına görə, aviazərbələri ilə İŞİD qüvvələrini Suriyanın Türkiyə sərhəddindən uzaqlaşdıran Birləşmiş Ştatlar başqa bir addımı ilə ən mühüm müttəfiqi Ankaranı qəzəbləndirib. Söhbət ABŞ-ın Suriyanın Kobani şəhərində İŞİD qüvvələrinə qarşı vuruşan kürdlərə silah-sursat yardımı etməsi olub. Hər şey ABŞ və Türkiyə liderləri Obama və Ərdoğan arasında telefon danışığından sonra baş verib. Həmin Telefon danışığı açıqlanmasa da, Ərdoğan bu ərəfədə məsələyə öz sərt mövqeyini ortaya qoymuşdu.

ABŞ Suriyanın Kobani şəhərində İŞİD-ə qarşı döyüşən kürdlərə silah-sursat yardımı edib. Koalisiya qüvvələrinə məxsus təyyarələrdən atılan iri silah-sursat partiyasının bir neçə saat əvvəl görüntüləri də yayılıb. Kadrlarda silah-sursat, tibbi ləvazimatlardan ibarət 27 ədəd yardım bağlamasının Amerkaya məxsus nəqliyyat təyyarələrindən havaya boşaldılması görünür.

Birləşmiş Ştatlar ən yaxın müttəfiqi olan Türkiyənin düşməninə PKK terror təşkilatının Suriya qanadına silah verməsi Türkiyənin etirazına səbəb olub. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın məsələyə reaksiyası sərt idi. Ərdoğan deyib ki, PKK-ya dəstək elə İŞİD-ə dəstəkdir.

Amma bununla belə günün iknci yarısı rəsmi Ankaradan gözlənilməz açıqlama gəldi. Turkiyədə oktyabr ayında qəbul edilmiş və xarici qoşunların Türkiyəyə yerləşməsinə icazə verən parlament qərarının tətbiqinə başlanıb. Turkiyə baş nazirliyinin qaynaqlarından əldə etdiyimiz məlumata görə hökumət Şimali İraq kürd muxtariyyətinin silahlı qüvvələrinin, yəni Peşmərgənin Türkiyə torpaqlarından keçməsinə icazə verib. Bu açıqlamanı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu edib.

Turkiyenin 36 gundən sonra Kobanidə vuruşan Peşmərgə qruplarına yardım etmə qərarı bundan xəbər verir ki, ya Turkiyə Koalisiyaya qoşulan olkələrin tesiri altina düşüb, ya da kürdlərlə ortaq razılığa gəlməyi bacarıb. Butun bunları nəzərə alsaq, görünən odur ki, ümimiyyətlə Turkiyə Kobanini qorumaqla yanaşı bölgədəki nəzarəti də itirmək istəmir.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.