Qitə futbol qurumu artıq yaxın günlərdə tərkibində olan 53 mili assosiasiyaya bununla bağlı təklifini göndərəcək. Orada final mərhələsini keçiriləcək stadionlar və onunla bağlı minimal kriteriyalar sadalanacaq.
Həmin federasiyaların yekun qərar qəbul etməklə bağlı hələ 2 ay vaxtı var. Belə ki, milli assosiasiyalar mayın 15-dək cavab məktubları göndərməlidir. Orada final mərhələsini keçirmək niyyəti rəsmən göstərilməlidir. Əgər sifariş yalnız bir ölkədən olarsa, onda UEFA turnirin təşkilatçısını təsdiqləməzdən öncə bütün lazımı zəmanətlərin toplanmağı ilə məşğul olacaq. İddiaçılar 1-dən çox olarsa isə onda qurum namizədlərə geniş dosyelərini hazırlamaq üçün il yarım vaxt verəcək. Keçirilmə məkanı ilə bağlı yekun qərar 2013-cü ilin sonu – 2014-cü ilin əvvəlində veriləcək.
Qeyd edək ki, Azərbaycanla Gürcüstan həmin çempionatı keçirməklə bağlı istəklərini bildirib.