Bakıdakı məşhur avtoşun atası danışdı (FOTO)
  • Bir neçə gündür ki, sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilən “90 MP 090” dövlət nömrə nişanlı maşının sahibi Rauf Hüseynovun atası danışıb.

Raufun atası Ramiz Hüseynov “qafqazinfo” ilə əlaqə saxlayaraq məsələyə aydınlıq gətirib.

Atası bildirib ki, bu şəkillər və şəkillərdə olan avtomobillər oğlu Raufa məxsus olub. Ramiz Hüseynov məsələ ilə bağlı ailəsinin narahatçılığnı dilə gətirib, övladlarının bu görüntülərinin yayılmasına görə şad olmadığını bildirib:

“Təxminən bir il əvvəl bu şəkilləri görmüşdüm. Hətta bu müzakirələr açılmamışdan öncə oğlumu ciddi tənbeh etmişəm. Oğlumu İnstitutu bitirdikdən sonra hərbi xidmətə yola salmışam. Hal-Hazırda Rauf bolgələrin birində hərbi xidmətdədir. Bu kimi həyatdan tam olaraq uzaqdadır. Qayıtdıqdan sonra da bu həyatdan uzaq olacaq.

Bu şəkilər o tələbə olarkən çəkilib. Bu fəxr olunası bir hal deyil. Mən özümün və ailəmin adından bütün oxuculardan və xalqdan üzr istəyirəm. Biz o şərhlərdə yazıldığı kimi etikadan kənar hərəkətlərə yolverən bir ailə deyilik. Biz ölkəni sevən, onun qanunlarına tabe olan bir ailəyik. Oğlum cavan olub, böyük səhv edib. Bu səhvinə görə onu tənbeh etmişəm, cəzalandırmışam. Fotolarda görüntülənən maşınlar eyni vaxta bizim ailədə olmayıb. Bu maşınlar müxtəlif vaxtlarda alınıb, satılıb. İndi bu avtomobillər bizdə yoxdur.

Oğlumun adından sosial şəbəkələrdə profillər açılır, xahiş edirəm bu kimi səhifə və profillərə inanmayın. O hərbi ximətdədir və internetə çıxışı yoxdur”.

 

 

 

 

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.