Mərcimək şorbası
  • Bu şorba Türkiyənin müxtəlif yerlərində bir az fərqli qaydada bişirilsə də, içində istifadə olunan ərzaqların hamısı, demək olar ki, eynidir. Bu üsul Türkiyədə daha çox bilinən üsuldur.

 

Tərkibi:

1 stəkan qırmızı mərcimək

1 ovuc düyü

1 ədəd kartof

1 ədəd kök

1 baş soğan

1 ədəd soyulmuş pomidor (istəyə bağlı)

Acı bibər, yaşıl bibər (istəyə bağlı)

Su

Duz və istiot

Sous üçün:

50 qram kərə yağı

1 çay qaşığı pomidor tomatı

1 çay qaşığı bibər tomatı

1 az nanə və qırmızı pul bibər.

Mərcimək və düyünü yuyub, bütün ərzaqları üzərinə çiy halda əlavə ədilir. Daha sonra 1 litr soyuq su (qatılıq və duruluğuna baxaraq qərar verin) və duz, istiotu üzərinə əlavə edib, 45 dəqiqə bişirilir. Çubuq blenderlə bütün bişmiş ərzaqlar qarışdırılır. Üzərinə sous üçün yağı tavaya qoyun, üzərinə tomat (pomidor və bibər), nanə və pul bibəri qoyun və bir az qovurun. Qovurduqdan sonra şorbanın üzərinə tökün və qarışdırın. Nuş olsun!

FOXnews.az
Xəbəri paylaşdıqda istinad mütləqdir.

 

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.