Putin reytinqi itirir
  • Rusiya Federasiyası prezidenti Vladimir Putinin avqustda pik nöqtəsinə çatan reytinqi enməyə başlayıb.

Bu barədə “Levada-sentr”in keçirdiyi sorğunun cavablarına istinadən RBK bildirir. Sorğunun nəticələrinə əsasən əgər avqust ayında Putin üçün 57% səs verməyə hazır olan var idisə, sentyabrda bu rəqəm 49% olub.

Keçən dəfə sorğuda iştirak edənlərin yarısına qədəri Putini arzuolunan prezident hesab edirdi.

Yanvarda bu rəqəm 29% oldu. Nəticələri hesablasaq, bitərəfləri və səs verməyə hazırlaşmayanları çıxsaq, o zaman cari prezidentin reytinqi 83% olur, ötən ay isə bu 87% idi (apreldə 81%, yanvarda isə 66%).

Seçkilərdə tərəf müəyyənləşdirənlərin də sayı azalıb: əgər avqustda sorğuda iştirak edənlərin 66%-i səs vermək istədikləri namizədin adını deyirdilərsə, indi tərəf müəyyənləşdirənlərin göstəricisi 59% olub. Yanvarda bu rəqəm 45% idi.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.