Ukraynada separatçılar qadınlara kafeyə getməyi qadağan etdilər (VİDEO)
  • Ukraynanın cənubi-şərqində “Prizrak” separatçı briqadasının komandiri Aleksey Mozqovoy elan edib ki, gənc qadınlara kafe və klublara getmək qadağandır.

Bu bəyanat Alçevskdə (Luqansk vilayəti) “xalq məhkəməsi” zamanı edilib. Müvafiq videoyazı YouTube-da “İnformotryad ştaba A.Mozqovoqo” telekanalında verilib.

“Əgər mən sabah kafedə, kabakda bir dənə də xanım görsəm o, həbs ediləcək”, - Mozqovoy bildirib (bu barədə danışıq videonun 16-cı dəqiqəsində başlayıb).

O, əlavə edib ki, qadın ailə tərbiyəçisidir, evinin ocağının keşikçisidir.

Separatçıların komandiri bütün kafelərin, gecə klublarının qadın ilə dolu olmasından narazıdır. O, hətta namuslu olmaq istəyirsən, evdə otur tikmə tik məsləhətini verib.

“Patrula xüsusi tapşırıq veriləcək: klublarda olan bütün xanımları həbs etmək”, - Mozqovoy təkrarlayıb. Zalda olan pıçıltıya cavab olaraq isə mənəviyyatı yada salmağı məsləhət görüb.

Alçevskdə “Xalq məhkəməsi”nin gedişatında, təcavüzdə günahlandırılan iki kişiyə qarşı hökm çıxarılıb. Qərarı zalda olanların əl qaldırması yolu ilə qəbul edirlər. Onlardan birinə qarşı güllələnmə hökmü çıxarılıb, digərini isə cəbhəyə “günahını qanla yumağa” göndəriblər.

Ukraynanın “BBC” xidmətinin məlumatına görə, “Prizrak” briqadasında hökmün həyata keçiriləcəyini bildiriblər.

Aleksey Mozqovoyun qruplaşması daha öncə Severodonesk və Lisiçansk rayonlarında yerləşirdi. İyulun sonunda, Ukrayna qoşunlarının hücumu nəticəsində, onlar cənuba tərəf, hal-hazırda nəzarət etdikləri Alçevsk rayonuna çəkiliblər.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.