Obama Putinlə görüşdən imtina edir
  • Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) təşkilatına üzv ölkələrin liderlərinin sammiti noyabrın 10-da Pekində işə başlayacaq.

Avstraliyanın Brisben şəhərində isə noyabrın 15-16-da "Böyük iyirmilik" sammiti keçiriləcək. ABŞ prezidenti Barak Obama Avstraliyada "Böyük iyirmilik" və APEC sammitində Rusiya prezidenti Vladimir Putinlə rəsmi görüş planlaşdırmadığını açıqlayıb.

Lakin ABŞ rəsmiləri iki dövlət liderinin beynəlxalq səviyyəli tədbir çərçivəsində qeyri-formal söhbət aparacaqlarını istisna etməyiblər: "Mümkündür ki, APEC sammiti çərçivəsində onların qeyri-formal müzakirə aparmaq üçün vaxtları və şansları olacaq."

Xatırladaq ki, ABŞ prezidenti noyabrın 10-12-də Pekinə səfər etmək və APEC görüşünə qatılmaq niyyətindədir.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.