Obama Senatı “itirdi”
  • Respublika partiyası son səkkiz ildə keçirilən ara seçkiləri zamanı ilk dəfə Palata nümayəndələri arasında əksəriyyət təşkil edərək, ABŞ Konqresinin Senatı üzərində nəzarət əldə edib.

Bunu Fox News və CNN News telekanallarının proqnozları təsdiqləyir. İlkin məlumatlara görə, respublikaçılar Ali Palatada 100 yerdən 52-55 yer, demokratlar isə 46 yer ilə kifayətləniblər.

Daha öncə respublikaçılar 45 kürsüyə, demokratlar isə 53 kürsüyə sahib idilər.

Bu seçkilər iki ildən bir keçirilir, bu zaman Palatanın bütün üzvləri və Senatın üçdə bir üzvləri yenidən seçilir. Bundan başqa, bu dəfə 50 ştatın 36 qubernatorları, bir çox şəhərlərin merləri və yerli qanunverici məclislərin üzvləri seçilib.

Respublika partiyası 2006-cı ildən bu yana ilk dəfə olaraq Konqresin hər iki palatası üzərində nəzarət əldə edir. Bu, ona gündəmi formalaşdırmağa imkan verəcək, bu isə demokrat-prezident Barak Obama üçün ciddi çətinliklərə gətirib çıxara bilər.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.