Millət vəkili: Televiziyalarda “vor zakon”lar, əxlaqsızlıq təbliğ olunur
  • Televiziyalarda serialların çəkilməsi üçün ölkə başçısı sərəncamı ilə vəsait ayrılır. Amma bu seriallarda nələrin təbliğ olunduğuna diqqət yetirilməlidir.

Bu seriallarda narkomaniya, cəzaçəkmə müəssisələrindəki “vor zakon”lar və əxlaqsızlıq yuvaları təbliğ olunur. Bu sözləri millət vəkili Çingiz Qənizadə 2015-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı səsləndirib.

O bildirib ki, seriallara baxan zaman öldürmək, atmaq və narkotik satmaq kimi mənfi halları müşahidə edirsən:

“Cənab prezident serialların çəkilməsi üçün humanistlik göstərib. Amma biz sadaladığımız halların şahidi oluruq. Hesab edirəm ki, bunlara nəzarət edən bir qurum lazımdır. Bu sahədə biabırçılıqdır”.

(Qafqazinfo.az)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.