Dünyanın ən nüfuzlu insanları (REYTİNQ)
  • ABŞ-ın nüfuzlu “Forbes” jurnalı dünyanın ən nüfuzlu 100 adamından ibarət illik reytinq cədvəlini açıqlayıb.

Jurnalın bu ilki reytinqinə 2013-cü ildə olduğu kimi, yenə də Rusiya prezidenti Vadimir Putin başçılıq edir.

Jurnal ən nüfuzlu insanların siyahısında ABŞ prezidenti Barak Obamanı 2-ci, Çin Xalq Respublikasının sədri Si Çzinpini isə 3-cü pillədə yerləşdirib.

“Forbes” jurnalı Vladimir Putini “Rus hökmdarı” adlandıraraq, onun Krımı ölkəsinə birləşdirməsini, Ukrayna ilə qısamüddətli müharibəni və Çinlə 70 milyard dollarlıq qaz sazişi imzalanmasını onun “2014-cü ilin adamı” elan etməyə əsas verdiyini yazıb.

Siyahıda Roma Papası I Fransisk 4-cü, Almaniya kansleri Angela Merkel 5-ci, Amerika Federal Rezerv Bankının rəhbəri Canet Yellen 6-cı, dünyanın ən zəngin insanı Bill Geyts 7-ci, Avropa Mərkəzi Bankının sədri Mario Draqi 8-ci, “Google”un yaradıcıları Larri Peys və Sergey Brin 9-cü və Böyük Britaniyanın baş naziri Devid Kemeron isə 10-cu pillədə qərarlaşıb.

Facebook-un yaradıcısı Mark Zukerberq isə dünaynın ən nüfuzlu 11-ci adamı seçilib.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.