İŞİD-i yalnız o məhv edə bilər
  • “Rusiyada yaşayan milyonlarla müsəlmanı nəzərə alsaq bu gözlənilməz hadisələrə səbəb ola bilər”.

Rusiya hərbi kəşfiyyatının təqaüdə çıxmış generalı Nikolay Puşkaryov İŞİD lideri Əbubəkr əl-Bağdadini məhv edə biləcək şəxsin adını açıqlayıb.

Rus general bildirib ki, İŞİD liderini ancaq Çeçenistan prezidenti Ramzan Kadırov təsirsiz vəziyyətə sala bilər.

“Əgər Kadırov və dəstəsi istəsə, terror qruplaşmasının liderini ələ keçirərək məhv edə bilər”.

İŞİD-in Rusiyanın təhlükəsizliyi baxımından təhdid xəbərdarlığını edən sabiq kəşfiyyatçı terror qruplaşmasının Qərb xüsusi xidmət orqanları tərəfindən istiqamətləndirilməsi ehtimalının yüksək olduğunu deyib.

ABŞ və İngiltərə kəşfiyyatları radikal dini qruplardan istifadə edərək Rusiyanın ərazi bütövlüyünü təhdid etməyə çalışmasının mümkün olduğunu deyən Puşkarev Rusiyanın İŞİD məsələsində neytral qalmasının düzgün olduğunu söyləyib:

“İŞİD-in idarə olunması NATO-nun təsiri altındadır. Rusiyanın bu hadisələrə birbaşa müdaxiləsi olmamalıdır. Rusiyada yaşayan milyonlarla müsəlmanı nəzərə alsaq bu gözlənilməz hadisələrə səbəb ola bilər”.

Qeyd edək ki, Ramzan Kadırov bir müddət əvvəl İŞİD liderini məhv etmək üçün işlərə başladığını bildirmiş, terror qruplaşmasının ABŞ tərəfindən dəstəkləndiyini və yönləndirildiyini iddia etmişdi.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.