Polis bir neçə gün əvvəl Bakıda dələni öldürən bu şəxsi tutub
  • O, İnzibati Xətalar Məcəlləsinin 111.2-ci maddəsində nəzərdə tutulmuş maksimum məbləğdə, yəni 2000 manat cərimə olunub. Çingiz Hətəmov dələni Tofiq Bəhramov adına stadionun arxa tərəfindəki meşəlikdə taparaq öldürdüyünü etiraf edib.

O, bildirib ki, dələni öldürən Çingiz Hətəmov artıq saxlanılıb.

“Çingiz Hətəmov ov qaydalarını kobud şəkildə pozaraq dələni öldürüb şəklini öz şəxsi İnstagram səhifəsində yerləşdirmişdi. Bizim tərəfimizdən Bakı şəhər Baş Polis İdarəsinə həmin şəxsin tapılması ilə bağlı müraciətdən sonra operativ şəkildə həmin şəxs Nərimanov rayon Polis İdarəsi tərəfindən saxlanıldı. Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti əməkdaşları tərəfindən həmin şəxsin izahatı alınıb. O, İnzibati Xətalar Məcəlləsinin 111.2-ci maddəsində nəzərdə tutulmuş maksimum məbləğdə, yəni 2000 manat cərimə olunub. Çingiz Hətəmov dələni Tofiq Bəhramov adına stadionun arxa tərəfindəki meşəlikdə taparaq öldürdüyünü etiraf edib”, - İ.İbrahimova bildirib.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.