Azərbaycan Rusiyaya qaz satışına başlayacaq
  • Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Rusiyaya qaz ixracını bərpa edəcək.

“İşlər davam edir və çox güman ki, qazın çatdırılması artıq gələn il bərpa ediləcək”, - R.Abdullayev jurnalistlərə bildirib.

SOCAR cari ilin avqust ayında Rusiyaya qazın çatdırılmasını dayandırıb. Bu, Rusiya sərhəddinə yaxı Bakı-Quba avtomobil yolunun qalan hissəsinin çəkilməsi və qaz nəqliyyatı infrastrukturunda texniki işlərlə əlaqədar idi.

Azərbaycan qazının Rusiyaya çatdırılması, Azərbaycan qazının SOCAR və “Qazprom” arasında alqı-satqısına dair 2009-cu ilin oktyabr ayının 14-də Bakıda imzalanmış müqavilə əsasında yerinə yetirilir.

SOCAR və Rusiya “Qazprom”u arasındakı müqavilə qazın çatdırılmasını istənilən vaxt dayandırıb sonradan bərpa etməyə imkan yaradır.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.