Ukrayna prezidenti Azərbaycana səfər etməyə hazırlaşır
  • Ukrayna prezidenti Pyotr Poroşenkonun Azərbaycana səfəri baş tuta bilər.

Bu barədə çərşənbə günü keçirilən mətbuat konfransında Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko bildirib.

“Bəli, mən bu barədə müsahibələrimdən birində söyləmişəm – Ukrayna prezidentinin MDB Prezidentlər Şurası çərçivəsində Azərbaycana səfəri baş tuta bilər. Azərbaycanın dövlət başçısı ötən ilin noyabrında Ukraynaya səfər edib. Mən demişəm ki, planlarımıza prezident Poroşenkonun Azərbaycana səfəri daxildir.

Lakin bu səfərin real tarixi hazırlıq işlərindən sonra məlum olacaq.

Biz bütün xırdalıqları Azərbaycan tərəfi ilə razılaşdırmalıyıq və yalnız bundan sonra hansısa konkret tarixdən söhbət gedə bilər. Əgər təşkilati baxımdan baxsaq, bizim hökumətimiz hələ qurulmayıb, bu isə o deməkdir ki, Ukrayna tərəfdən təşkilat komissiyasının həmsədri də yoxdur. Yalnız həmsədrin təyinatı və tərəflərin bütün detalları müzakirə etməsindən sonra prezident Poroşenkonun Azərbaycana səfərinin tarixini müəyyənləşdirə biləcəyik”, - deyə, səfir bildirib.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.