Siyavuş Novruzov: Bu piket deyil, bir qrup insanın çox biabırçı yığıncağı idi
  • Milli Şuranın keçirdiyi piket deyil, bir qrup insanın çox biabırçı, aşağı səviyyəli yığıncağı idi. Orda çox az adam vardı. Əksəriyyəti də hüquq-mühafizə orqanlarının əməkdaşları və jurnalistlər idi.

Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Milli Şuranın bu gün keçirilən mitinqinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, mitinqdə səslənən fikirlər yalan və böhtandır. S. Novruzov mitinqdə eyni adamların iştirak etdiyini deyib: “Bir qrup insan toplaşıb, bir il bundan qabaq nə demişdilərsə, hansı şüarlarla gəlmişdilərsə, elə də çıxış elədilər. İstər çıxışçıların, istərsə də iştirakçıların səviyyəsi o qədər aşağı idi ki, adam baxanda xəcalət çəkirdi. Bunlar elə bil aydan gəliblər və bu cəmiyyətdə yaşamırlar. Mitinqdəki insanların sayı ona görə az olub ki, onları hamı tanıyır. Bilirlər ki, bunlar ikiüzlü, riyakar və satqın insanlardır. Müəyyən dairələrin, erməni lobbisinin vəsaitləri hesabına gəlib mitinq edirlər”.

S. Novruzov Milli Şuranın sədri Cəmil Həsənlini də ittiham edib: “Cəmil Həsənli deyir ki, parlament legitim deyil. Sən 10 il parlamentdə olanda legitim idi, indi nə oldu? Təhsil Nazirliyinin bütün kollegiyalarında mədhiyyə deməkdən ötrü söz istəyən Cəmil Həsənli, bu gün təhsil sistemini tənqid edir. 5-6 nəfər iqtisadiyyatdan xəbəri olmayan gəlib, indi iqtisadiyyatdan danışır”.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.