Millilərin yoldaşlıq oyunları keçirilib (NƏTİCƏLƏR)
  • Azərbaycan yığmasının meydana çıxmayacağı gündə bir sıra maraqlı görüşlər baş tutub.

AVRO-2016-nın seçmə mərhələsində millimizin rəqibi olan İtaliya öz meydanında Albaniyanı sınağa çəkib. “Qarabağ”ın futbolçusu Ansi Aqolli yığmamızın rəqibinə 0:1 hesabı ilə məğlub olub.

Günün matçı isə son iki dünya çempionu – Almaniya və İspaniya arasında olub. Bu görüşün də taleyini 1 qol həll edib ki, buna da Toni Kroos imza atıb və Bundestimə qələbə (0:1) qazandırıb.

Bundan başqa isə Messi – Ronaldo qarşıdurması izlənilib. Buna Argentina ilə Portuqaliya arasında matçda təsadüf olunub. Hər iki ulduz futbolçunun yalnız ilk hissədə mübarizə apardığı görüşü Avropa təmsilçisi qazanıb – 1:0.

Digər oyunlarda Braziliya Avstriyaya 2:1, Rumıniya Danimarkaya 2:0, Rusiya Macarıstana 2:1, Fransa İsveçə 1:0 və İngiltərə Şotlandiyaya 3:1 hesabı ilə qalib gəlib.

Yoldaşlıq oyunları
18 noyabr
Yaponiya - Avstraliya - 2:1
Qollar: Konno, 61, Okazaki, 68 - Kehill

Tailand -  Yeni Zelandiya - 2:0
Qollar: Keavsombat, 44, Qraisorn, 77

Çin – Honduras - 0:0

İran – Cənubi Koreya - 1:0
Qol: Azmoun, 82

Slovakiya - Finlandiya - 2:1
Qollar: Holosko, 1, Hamşik, 7 - Halsti, 45+2

Belarus - Meksika - 3:2
Qollar: Kislyak, 50, Siqneviç, 55, Nekhajçik, 81 - Ximenes, 47; 53

Yunanıstan - Serbiya - 0:2
Qollar: Petroviç, 60, Qudelj, 90+2

Sloveniya – Kolumbiya - 0:1
Qol: Ramos, 43

Avstriya – Braziliya - 1:2
Qollar: Draqoviç, 75-pen - Luis, 64, Firmino, 83

Estoniya – İordaniya - 1:0
Qol: Aniyer, 16

Rumıniya - Danimarka - 2:0
Qollar: Keserü, 53; 59

Ukrayna – Litva - 0:0

Macarıstan - Rusiya - 1:2
Qollar: Nikoliç, 86 - İqnaşeviç, 49, Kerjakov, 80

İrlandiya – ABŞ - 4:1
Qollar: Pilkinqton, 7, Bradi, 55; 87, MkKlin, 82 - Diskerud, 38

İtaliya - Albaniya - 1:0
Qol: Salihi, 82-avtoqol

Polşa – İsveçrə - 2:2
Qollar: Jedrzejsyk, 45+1, Milik, 61 - Drmiç, 4, Frey, 87

Portuqaliya - Argentina - 1:0
Qol: Querreiro, 90+1

İspaniya – Almaniya - 0:1
Qol: Kroos, 89

Fransa - İsveç - 1:0
Qol: Varan, 84

Şotlandiya - İngiltərə - 1:3
Qollar: Robertson, 83 - Oksleyd-Çemberlen, 32, Runi, 47; 85

Apasport.az

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.