Hondurasın ən gözəl qızı 19 yaşlı Mariya Xose Alvarado öldürülüb (FOTO)
  • Polis 19 yaşlı “Miss Honduras” Mariya Xose Alvarado, eləcə də onun 23 yaşlı bacısı Sofiya Trinidadın cəsədlərini aşkar edib.

Bu barədə BBC News xəbər verib. Cəsədlər Kablotales kəndində Aquan çayı sahilində tapılıb.

Polis bildirib ki, şübhəli bilinən şəxs saxlanılıb, hüquq-mühafizə orqanları onun avtomobilini və silahını müsadirə ediblər. The Christian Science Monitor-un informasiyasına görə qızlar güllələniblər. Qətlin motivləri aydın deyil.

Qızlar noyabr ayının 13-dən sonra itkin düşüblər. Son dəfə onları Santa-Barbarada keçirilən spa-şənlikdən sonra üç kişi ilə bərabər nömrəsiz maşına oturarkən görüblər. Onların itkin düşməsi ilə əlaqədar polis dörd nəfəri dindirib, onların arasında Sofinin sevgilisi və şənliyin keçirildiyi villanın sahibi də olub.

Mariya Xose Alvarado 2014-cü ilin aprel ayında “Miss Honduras” adına layiq görülüb. The Telegraph-ın yazdığına görə, noyabrın 19-da o, Londona digər 120 iştirakçı ilə bərabər dünyanın ən gözəl qadını titulu uğrunda mübarizə aparmaq üçün “Dünya gözəli” müsabiqəsində iştirak etməyə yollanmalı idi.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.