Bakıda Ramil Usubovun əmri ilə motosikletçilərə qarşı keçirilən əməliyyata (RƏSMİ REAKSİYA)
  • Saytın məlumatına görə, paytaxtın əksər küçə və prospektlərində hüquq-mühafizə orqanlarının əməkdaşları yol polisi və post patrul avtomobilləri ilə axtarış aparıblar.

Əməliyyata rəhbərliyi Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general Səhlab Bağırov (10 YP 102), Bakı Şəhər Dövlət Yol Polisinin alay komandiri Rəşadət Babayev (10 YP 302), Bakı şəhəri DYP-nin inzibati şöbəsinin rəisi Malik İbrahimov (10 YP 304) edib.

Saytın əməkdaşı gözlənilmədən belə geniş əməliyyatın keçirilmə səbəbini də öyrənib.

Məlum olub ki, dünən 20-21 radələrində Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov metronun “Elmlər Akademiyası” stansiyası yaxınlığından xidməti avtomobili ilə hərəkət edərkən 6 motosiklet onun yoluna keçib və nümayişkaranə şəkildə yol hərəkəti qaydalarını pozub.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov dünən gecə saat 22.00-dan etibarən Bakı şəhərində motosikletlərə qarşı xüsusi reyd keçirildiyini təsdiqləyib.

Şöbə rəisi qeyd edib ki, o özü də motosikletlərə qarşı xüsusi reyddə iştirak edib.

“Onlar müxtəlif yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılaraq məsuliyyətə cəlb olunub, motosikletləri isə dayanacağa aparılıb”, deyə, V.Əsədov bildirib:

“Hazırda dayanacaqda 10-11 motosiklet var”.

Polis rəsmisi motosikletçilərin polisin saxla əmrinə tabe olmamalarını da vurğulayıb:

“Onlar “Azneft” dairəsində DYP əməkdaşının saxla əmrinə tabe olmayıb. Motosiklet sürücülərini saxlamaq üçün yol polisi Yusif Səfərov və Şərifzadə küçələrində süni tıxac yaradıb”.

Vaqif Əsədov bildirib ki, motosikletlərə qarşı reyd təkcə bu gün yox, dəfələrlə keçirilib və keçiriləcək.

“Onların nəqliyyat vasitəsinin səs boğucusundan güclü səs çıxdığı üçün biz dəfələrlə elan vermişik ki, paytaxtda sakinlərin narahat olmaması üçün gecə saatlarından (22.00-09.00) etibarən Bakı şəhəri ərazisində motosiklet sürmək qəti qadağandır”.

Qeyd edək ki, Vaqif Əsədov həmin motosikletlərin daxili işlər naziri, general-polkovnik Ramil Usubovun metronun “Elmlər Akademiyası” stansiyası yaxınlığından xidməti avtomobili ilə hərəkət edərkən onun yoluna keçməsi və nümayişkaranə şəkildə yol hərəkəti qaydalarının pozulmasına görə saxlanılması barədə yayılan xəbərləri nə təsdiq, nə də təkzib edib.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.